Azərbaycan İqtisadi İnkişaf Nazirliyi elektron xidmətlərinin təqdimatını keçirib
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov son illər ərzində ölkədə bir sıra sahələrdə aparılan islahatlardan danışıb və bildirib ki, bu islahatlar nəticəsində Azərbaycanın neft və qeyri-neft sektoru dinamik inkişaf edib.
Ölkədə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini bildirən nazir müavini onu da qeyd edib ki, elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir: «Nazirliyin rəsmi internet səhifəsində elektron xidmətlər bölməsi yaradılıb ki, bu bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə verilən lisenziyalar və sertifikatlar, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilib. Ümumilikdə nazirlik tərəfindən elektron xidmətlər bölməsində 7 istiqamətdə interaktiv və 9 istiqamətdə informativ elektron xidmətlər göstərilir».
N.Səfərov onu da qeyd edib ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə qanunvericiliklə müəyyən olunmuş bütün dövlət rüsumları və xidmət haqlarının sahibkarlıq subyektləri tərəfindən elektron qaydada ödənilməsi məqsədilə həm real vaxt rejimində elektron (on-line), həm də ödənişə dair təsdiqedici sənədlərin elektron müraciətə əlavə edilməklə həyata keçirməsi təmin olunub.
«Vətəndaşların və sahibkarlıq subyektlərinin ehtiyacları öyrənilərək İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə əlavə olaraq vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin on-line qaydada qəbulu və cavablandırılması, vətəndaşların nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə rəqəmsal xəritə, on-line rejimdə video-təlim sistemi, icazələrin elektron informasiya portalı, elektron ticarət portalı və s. elektron xidmətlər təşkil olunub», - deyə N.Səfərov bildirib.
Sonra bir şirkətə malın mənşə sertifikatının, başqa bir şirkətə isə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışı üzrə lisenziyanın verilməsi əyani şəkildə nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Vergilər, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Maliyyə, Sənaye və Energetika, Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TIKA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ), Beynəlxalq Valyuta Fondu (IMF), Dünya Bankının nümayəndələri və sahibkarlar iştirak ediblər.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq