Bank Of Baku

«Azəryolservis» ASC: «Yolların dağılmasının əsas səbəbkarı məsuliyyətsiz sürücülərdir» - VİDEO

«Azəryolservis» ASC: «Yolların dağılmasının əsas səbəbkarı məsuliyyətsiz sürücülərdir» - <font color=red>VİDEO</font>
# 06 avqust 2012 13:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bakı-Quba beton yolunda qüsurların və çatların yaranmasının əsas səbəbi bəzi sahibkarların qanunvericiliyi və daşıma normalarını kobud şəkildə pozaraq yük maşınlarına nəzərdə tutulandan qat-qat artıq yük vurmasıdır. Bu barədə «APA-Economics»ə «Azəryoservis» ASC-dən bildirilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, artıq yüklənmiş nəqliyyat vasitəsilə avtomobil yollarının dağıdılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti 2009-cu il iyulun 7-də qəbul edib. Bu qərarda müxtəlif avtomobillər üçün icazə verilən yük normaları müəyyənləşdirib. Amma bəzi sahibkarlar və avtomobil sahibləri bu normalara məhəl qoymayaraq avtomobillərə icazə veriləndən xeyli artıq yük vururlar ki, bu da yolların dağılması ilə nəticələnir.

Belə ki, beton yolla bağlı Bakıdan Quba istiqamətinə mişar daşı daşıyan nəqliyyat vasitələri normadan bir neçə dəfə artıq yüklənir. Məsələn, cədvələ əsasən «Kamaz» markalı avtomobillərin yüklə çəkisi 20 ton ola bilər. Avtomobilin öz çəkisinin təqribən 10 ton olduğunu nəzərə alanda belə maşınlara maksimum 10 ton yük vurula bilər: «Yəni «Kamaz» maşınları təqribən 350-400 mişar daşı daşıya bilər, amma belə maşınlara 1000-1200-ə yaxın mişar daşı yüklənilir, nəticədə avtomobilin çəkisi 30 tona çatır. Yolun dağılmasının səbəblərindən biri də budur», - deyə P.Mürsəliyev bildirib.

Qubadan Bakı istiqamətinə hərəkət edən avtomobillər isə bundan da ağırdır. P.Mürsəliyevin sözlərinə görə, şimal rayonlarından Bakıya qum-çınqıl daşıyan xarici istehsal olan yük maşınlarının çəkisi bəzi hallarda 60-70 tona çatır: «Avtomobil daşıyıcılarının belə məsuliyyətsiz hərəkətləri və normativlərin kobud şəkildə pozulması yolun dağılması ilə nəticələnir».
«Azəryolservis» ASC-dən bildirilib ki, bunun qarşısını almaq üçün Nazirlər Kabinetinin müvafiq qərarı qüvvəyə mindikdən sonra Nəqliyyat Nazirliyi öz səlahiyyətləri çərçivəsində tədbirlər görür və bu gün də davam etdirir. Bu tədbirlər çərçivəsində Nazirlər Kabinetinin yuxarıda xatırlanan qərarı və onun tələbləri ilə bağlı olaraq avtomobilin yüklə birlikdə yolverilən ümumi kütləsi müəyyənləşdirilərək bu barədə sahibkarlara məlumatlar göndərilib: «Amma bunlar hələlik nəticə vermir və yolun dağıdılması indiyədək davam edir. Çox təəssüf ki, bəzi şəxslər nəticə çıxarmaq əvəzinə öz hərəkətlərinə haqq qazandıraraq əməllərini davam etdirir».

Qeyd edək ki, avtomobillərin həddən artıq yüklənməsi maşın sahibləri və sürücülər üçün də sərfəli deyil, hətta təhlükəlidir. Əvvəla maşının həddən artıq yüklənməsi onun tez sıradan çıxmasına səbəb olur. Digər tərəfdən normadan artıq yüklənmə, avtomobilin idarə edilməsini də çətinləşdirir. Avtomobilin idarəetmə sistemlərinin işin, onun normal kütləsinə hesablandığına görə, bəzən bu sistemlər artıq yüklü maşını idarə edə bilmir: «10 tona hesablanmış əyləc sistemi 30 tonluq maşını saxlaya bilmir, nəticədə yollarda belə maşınların iştirakı ilə yol qəzaları da sürətlə artmaqdadır».

Həddən artıq yüklənmiş avtomobillərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur: «Yollardakı avtomobil tərəzilərinin və digər avadanlıqların sayı artırılacaq, əlavə tərəfi postları yaradılacaq, nəzarət gücləndiriləcək». Bununla yanaşı, «Azəryolservis» nümayəndəsi prosesə ictimaiyyətin də dəstək verməsini vacib sayır, çünki bu yoldan təkcə yük maşınlarının sürücüləri deyil, bütün ölkə əhalisi istifadə edir.

 

Avtomobil markası

 

Arxa oxların sayı

 

Avtonəqliyyat vasitələrinin yüklə birlikdə maksimum kütləsi (ton)

Avtomobilə yüklənmiş materiallar

Mişar daşının maksimum sayı (ədəd)

Qum və qırma daşın maksimum həcmi (kubmetr)

Çınqılın maksimum həcmi (kubmetr)

Kamaz

2

20

350

7,0

6,0

Kraz

2

24

420

8,5

7,0

Ural

2

20

350

7,0

6,0

Tatra

2

23

420

8,5

7,0

Ford

2

25

576

11,8

9,9

Mmz

1

9

150

3,0

2,5

Maz

1

15,4

272

5,4

4,7

Ford

1

18,24

397

7,9

6,8

Mercedes-Benz

2

25

510

9,7

8,3

İveco

2

17,5

329

6,6

5,7

Volvo

2

19,7

424

8,48

7,3

Maz-man

3

35,5

742

14,8

12,7

Odaz 9370
qoşqu

-

19,1

480

9,2

7,9

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR