Bank Of Baku

Sabunçu-Zabrat avtomobil yolunda təmir işləri avqustda bitəcək

Sabunçu-Zabrat avtomobil yolunda təmir işləri avqustda bitəcək
# 07 avqust 2012 08:55 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan hissəsində işlər sürətlə davam etdirilir. Yolun keçdiyi ərazidə mühəndis-kommunikasiya qurğuları zəruri olan yerlərdə dəyişdirildikdən sonra təmir işlərinə start verilib. Yolun artıq 5,2 km-lik hissəsinə 3 qat asfalt-beton örtük döşənib, 5,5 km-lik hissədə bardürlər yenisi ilə əvəzlənib, təxminən 4 km-lik məsafədə isə xətləmə işləri yerinə yetirilib. Tərtib olunmuş qrafik əsasında həyata keçirilən işlərin avqust ayında başa çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR