Bank Of Baku

Bakıda türkdilli dövlətlərin Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək

Bakıda türkdilli dövlətlərin Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək
# 07 avqust 2012 15:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 13-14-də Bakıda türkdilli ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində yaradılmış Nəqliyyatın inkişafı üzrə İşçi Qrupunun iclası keçiriləcək.

Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iştirakçı ölkələrin nəqliyyat strukturundakı vəziyyət, həyata keçirilmiş layihələr, qarşıda duran vəzifələr barəsində fikir mübadiləsinin aparılacağı gözlənilən iclasda Nəqliyyat Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndələri də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR