Bank Of Baku

Bakı Sərnişin Stansiyasında sərnişindaşıma proqnozu 4% artıq icra olunub

Bakı Sərnişin Stansiyasında sərnişindaşıma proqnozu 4% artıq icra olunub
# 08 avqust 2012 07:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk yarısında Bakı Sərnişin Stansiyası yola salınmış sərnişinlər planını 103,8% yerinə yetirib.

«Azərbaycan Dəmir Yolları» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, planda nəzərdə tutulmuş 555 min sərnişin plana qarşı 576,1 min sərnişin yola salınıb. Göründüyü kimi, plandan 21,1 min artıq sərnişin yola salınıb.

Hesabat dövründə yerli gəlir planı 104,4% icra olunub. Belə ki, 237 390 manat plana qarşı 247 838,4 manat gəlir əldə edilib.

«Yay mövsümi ilə əlaqədar Moskva, Tümen, Rostov, Xarkov və Tbilisi kimi şəhərlərə tələbat artıb və tələbata uyğun olaraq vaqonların sayı artırılır», - deyə QSC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR