Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı son bir ildə 13% artıb

Azərbaycanın nəqliyyat sektorunda orta aylıq əmək haqqı son bir ildə 13% artıb
# 08 avqust 2012 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat müəssisələrində işləyən 66,7 min muzdlu işçinin 75,8%-i dövlət müəssisələrində, 24,2%-i özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, işçilərin 54,8%-i yerüstü və boru kəməri, 15%-i su, 7,9%-i hava nəqliyyatı, 22,4%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.

Hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12,7% artaraq 483 manat olub. Bu göstərici hava nəqliyyatında 989 manat, dəniz nəqliyyatında 667 manat, avtomobil nəqliyyatında 435,6 manat, dəmir yolu nəqliyyatında isə 214,6 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 20,9%, dəmir yolu nəqliyyatında 10,3%, hava nəqliyyatında 10%, avtomobil nəqliyyatında isə 1,3% artıb.

Bununla yanaşı, 2012-ci ilin ilk yarısında informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25,5 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 6,9% artaraq 615,8 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR