Bank Of Baku

Moskvada beynəlxalq avtomobil sərgisi keçiriləcək

Moskvada beynəlxalq avtomobil sərgisi keçiriləcək
# 09 avqust 2012 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 31-dən sentyabrın 9-dək Rusiya paytaxtında Beynəlxalq Moskva Avtomobil Sərgisi keçiriləcək.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sərgidə 102 yeni avtomobil modeli nümayiş olunacaq ki, onlardan 14-ü dünya, 18-i Avropa, 70-i isə Rusiya premyerası olacaq. Ümumiyyətlə, sərgiyə 100 şirkət, 43 avtomobil istehsalçısı və 49 avtomobil brendi qatılacaq.

Yeni modellərini nümayiş etdirəcək avtomobil şirkətləri arasında BMW, «Land Rover», «Bentley», «Volkswagen», «Volvo», «Infiniti» «Ford» və s. mövcuddur.

Sərgi ekspozisiyasının ümumi sahəsi 100 min kv. metrdən çoxdur.

Qeyd edək ki, Beynəlxalq Moskva Avtomobil Sərgisi hər iki ildən bir keçirilir. Sonuncu dəfə bu sərgini 1,1 mln. nəfər ziyarət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR