Bank Of Baku

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun inşası gələn il başa çatacaq

Buzovna-Mərdəkan-Qala avtomobil yolunun inşası gələn il başa çatacaq
# 10 avqust 2012 12:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisi gələn il başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən bildirilib.
ASC-dən verilən məlumata görə, yeni tikintisinə başlanılan Buzovna-Mərdəkan-Qala avtomobil yolunun ümumi uzunluğu 12,6 km təşkil edir, 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq: «Yol boyu tikinti altına düşən çoxlu sayda maneələr – bağ sahələri, yaşayış evləri mövcuddur. Hazırda həmin maneələrin və eyni zamanda qaz, su, elektrik, rabitə xətlərinin köçürülməsi işləri gedir. Layihə üzrə işlər 2 hissə üzrə aparılır. Birinci hissənin uzunluğu 7 km, ikinci hissə isə 5,6 km təşkil edir».
«Azəryolservis»dən həmçinin bildirilib ki, bu ilin payız aylarında yolun 4,2 km-lik hissəsinin başa çatdırılması planlaşdırılır. Ümumilikdə isə yolun 2013-cü ildə istismara veriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR