Bank Of Baku

Dünya mobil telefon bazarında satış azalıb

Dünya mobil telefon bazarında satış azalıb
# 15 avqust 2012 15:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin II rübü ərzində dünya bazarında mobil telefonların satış həcmi ötən ilin eyni dövrünə nisbətən 2,3% azalıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Gartner» analitik şirkətinin dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, azalma istehlakçıların «iPhone 5» modelini gözləməsi, həmçinin istehlak tələbatını saxlayan mürəkkəb iqtisadi vəziyyət fonunda baş verib.

Mobil telefonların ümumi satışının ən çox hissəsi «Samsung», «Nokia» və «Apple» şirkətlərin payına düşüb. Lakin ilk beşlikdə ZTE və «LG Electronics» şirkətləri də yer alıb. «Android» əməliyyat sistemi bütün yeni qurğuların 64,1%-ində, «iOS» isə 18,8%-ində quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR