Bank Of Baku

Azərbaycanda inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27% artıb

Azərbaycanda inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27% artıb
# 16 avqust 2012 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlindən Azərbaycanın inşaat kompleksində 7,1 mlrd. manat məbləğində investisiyadan istifadə edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istifadə edilmiş vəsaitin 59,6%-i və ya 4,2 mlrd. manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Ötən ilin yanvar-iyul aylarına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 27,2%, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 26,9% artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 78,8%-ni və ya 5,6 mlrd. manatını daxili investisiyalar təşkil edib və bunun həcmi 34,7% artıb.

Yeddi ay ərzində ümumi sahəsi 922 min kv. metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Metal konstruksiyalar zavodu, «Baku Crystal Hall» İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, «Qafqaz Baku City Hotel and Rezidences» və «JW Marriott Absheron» otelləri, Zirə İdman Kompleksi, «Xəzri» İstirahət və Sağlamlıq Mərkəzi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində «Azgüntex» zavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolu, Balakən rayonunda Mazımçay üzərində yeni körpü, Cəlilabad rayonunda Un fabriki nəzdində un dəyirmanı və taxıl anbarı kompleksi, Olimpiya İdman Kompleksi, Gədəbəy rayonunda Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomobil yolunda yeni körpü, Goranboy rayonunda Şahmat Məktəbi, Qazax rayonunda Konserv zavodu və Şahmat Mərkəzi, Quba rayonunda Qaraçay üzərində körpü, Qusar rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi, Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri, Siyəzən rayonu ərazisində Bakı-Quba yolunda yeni körpü, Tovuz rayonunda «Ayan Palace» oteli və digər obyektlər istifadəyə verilib.

Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5 933,9 mln. manat vəsaitin 3 046,7 mln. manatından istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR