Bank Of Baku

Səfir: «Cənubi Koreya Azərbaycanda İKT sahəsində həyata keçirilən layihələrə yardım göstərməyə davam edəcək»

Səfir: «Cənubi Koreya Azərbaycanda İKT sahəsində həyata keçirilən layihələrə yardım göstərməyə davam edəcək»
# 17 avqust 2012 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreya Azərbaycana İKT sahəsində həyata keçirilən layihələrdə yardım göstərməyə davam edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Ha bildirib.

İki ölkə arasında 20 illik diplomatik əlaqələrdən danışan səfir qeyd edib ki, Azərbaycan və Koreya bir çox sahələrdə əməkdaşlıq edir və nəticədə iki ölkə arasında əlaqələr müsbət dinamika ilə inkişaf edir: «20 il çox az müddət olmasına baxmayaraq, Azərbaycan və Koreya arasında əlaqələr kifayət qədər inkişaf edib və inanıram ki, bu əlaqələr gələcəkdə də inkişaf olunacaq».

Səfirin sözlərinə görə, Koreya Azərbaycanda Nəqliyyatın İntellektual İdarə olunması Layihəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əqli mülkiyyət sisteminin avtomatlaşdırması və s. layihələrdə yaxından iştirak edir. Diplomat Azərbaycanda İKT sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirib və qeyd edib ki, Koreya bundan sonra da Azərbaycana bu sahədə yardım göstərməyə hazırdır.

Qeyd edək ki, Cənubi Koreyanın Azərbaycandakı səfiri Li Ci Hanın səlahiyyət müddəti artıq başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR