Cənubi Koreya Azərbaycanda yeni İnformasiya Təminatı Mərkəzləri açacaq
17 avqust 2012 11:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cənubi Koreya Azərbaycanda daha bir neçə İnformasiya Təminatı Mərkəzi açmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edən Koreyanın dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin müavini Seo Pil Eon bildirib.
Onun sözlərinə görə, Koreya dünyanın 30-a yaxın ölkəsində analoji mərkəzlərin açılmasına yardım göstərib: «İnformasiya təminatı mərkəzləri təkcə tədris mərkəzlərində deyil, müxtəlif qurumlarda fəaliyyət göstərir. Azərbaycanda biz ən azı 3 belə mərkəzin açılmasını planlaşdırırıq ki, hazırda bu istiqamətdə tərəflər arasında danışıqlar aparılır».
Qeyd edək ki, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzi 2008-ci ilin dekabr ayında açılıb. Üç otaqdan ibarət olan Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin seminar otağı, İKT üzrə treninq laboratoriyası və internet zalı fəaliyyət göstərir. İKT üzrə treninq laboratoriyası 75 ədəd kompüter və iki genişekranlı proyektor ilə təchiz olunub. İnternet zalı öz növbəsində tələbələrin və tədqiqatla məşğul olan şəxslərin internet vasitəsilə lazımi məlumatlar əldə etmələri məqsədinə xidmət edir. Sözügedən mərkəzin yaradılması üçün Koreya tərəfindən 2008-ci ildə 250 min ABŞ dolları məbləğində qrant ayrılıb. Mərkəzin yenidən qurulması üçün və avadanlıqların yenilənməsi üçün Koreya daha 100 min dollar qrant təqdim edib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024