Bank Of Baku

Beyləqanın su-kanalizasiya sistemini Almaniya-Azərbaycan şirkəti quracaq

Beyləqanın su-kanalizasiya sistemini Almaniya-Azərbaycan şirkəti quracaq
# 17 avqust 2012 15:14 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi «Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihə-2» çərçivəsində Beyləqan şəhərində su qəbuledici qurğuların tikintisi, su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası üzrə keçirilmiş beynəlxalq tender başa çatıb.

«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, tenderin nəticələrinə görə daha sərfəli şərtlər təklif edən Azərbaycan və Almaniya birgə müəssisəsi «T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG» qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Layihəyə əsasən, Beyləqan şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 150 metr olan 5 ədəd subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Bununla yanaşı layihə çərçivəsində 71 km uzunluğunda su paylayıcı şəbəkənin çəkilməsi, 3 400 abunəçinin su sayğacı ilə təmin edilməsi, tutumu 500 kubmetr olan 2 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Kanalizasiya şəbəkələrinin bərpası çərçivəsində 2750 ünvana xidmət edəcək 79 km uzunluğunda çirkab su şəbəkəsi çəkiləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR