Bank Of Baku

Azərbaycanda Ramazan bayramı il əlaqədar yeni elektron ATS-lər istifadəyə veriləcək

Azərbaycanda Ramazan bayramı il əlaqədar yeni elektron ATS-lər istifadəyə veriləcək
# 17 avqust 2012 15:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ramazan bayramı il əlaqədar Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İB tərəfindən yeni elektron ATS-lər (EATS) istismara veriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Yeni Qobu və Hökməli qəsəbələrində hər biri 1 024 nömrə tutumuna və 144 ADSL portuna malik EATS-lər istifadəyə veriləcək.

Bununla yanaşı, avqust ayının 20-də Bərdə rayonunun Gülgəzli və Yardımlı rayonunun Osnakəran kəndlərində müvafiq olaraq 128 və 96 nömrə və 30 ADSL port tutumlu EATS-lərin istismara verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR