Bank Of Baku

Azərbaycan prezidenti Lənkəranda avtomobil yolunun tikintisinə 3,2 milyon manat ayırıb

Azərbaycan prezidenti Lənkəranda avtomobil yolunun tikintisinə 3,2 milyon manat ayırıb
# 17 avqust 2012 15:59 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “APA-Economics”in məlumatına görə, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yolunun tikintisi məqsədilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,2 milyon (üç milyon iki yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR