Bank Of Baku

Azərbaycandakı tikinti müəssisələri inşaat işlərini 33% artırıb

Azərbaycandakı tikinti müəssisələri inşaat işlərini 33% artırıb
# 22 avqust 2012 11:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin müqayisə edilən dövrün səviyyəsini 32,9% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 73,6%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 13%-ni əsaslı təmir, 2,4%-ni cari təmir, 11%-ni isə sair tikinti işləri təşkil edib. Dövlət mülkiyyətli tikinti müəssisələri ümumi inşaat işlərinin 24,5%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 75,5%-ni yerinə yetirib.

Qeyd edək ki, 2012-ci ilin birinci yarısında inşaat bölməsində çalışmış 85,6 min nəfərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8% artaraq 553,1 manat təşkil edib. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 581 manat olub, mülki təyinatlı inşaat işlərində işləyən işçilərdə 17,8%, ixtisaslaşdırılmış tikinti işlərində 15,8%, binaların tikintisində isə 0,3% artım müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR