Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatında yükdaşıma 5% artıb

Azərbaycanda dəniz nəqliyyatında yükdaşıma 5% artıb
# 22 avqust 2012 16:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,2% artaraq 7,6 mln. ton təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 61,4%-ni neft yükləri, 38,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib: «Hesabat dövründə dəniz limanlarında 7,3 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və 1,8% artım olub. İşlənmiş yüklərin 86,5%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 3,8% artıb».

Cari ilin avqustun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 55,2 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,9% çox idxal yüklərin qalığı olub.

Sözügedən nəqliyyat vasitəsilə sərnişin daşınmasına gəldikdə, hesabat dövründə 9,3 min sərnişin daşınıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 17,7% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR