Bank Of Baku

«Kazpocht»un nümayəndə heyəti Azərbaycanın təcrübəsini öyrənir

«Kazpocht»un nümayəndə heyəti Azərbaycanın təcrübəsini öyrənir
# 23 avqust 2012 08:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstanın poçt operatoru «Kazpocht»un 3 mütəxəssisdən ibarət nümayəndə heyəti Azərbaycanın milli poçt operatoru «Azərpoçt» MMC-nin infrastrukturunda tətbiq olunan «Colvir» sisteminin «Çeşidləmə mərkəzi» üzrə avtomatlaşdırılmış poçt modulunun öyrənilməsi məqsədilə Bakıda səfərdədir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 3 gün ərzində Qazaxıstan və Azərbaycan mütəxəssisləri poçtun çeşidlənməsi ilə bağlı fikir mübadiləsi aparacaq, həmçinin qonaqlar «Colvir» sisteminin poçt modulunu öyrənəcək və respublikanın poçt operatorunun digər nailiyyətləri ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR