Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Misirin səfiri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Misirin səfiri ilə görüşüb
# 24 avqust 2012 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov diplomatik missiyasını başa vuran Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Misir arasında İKT sahəsində əməkdaşlıq, «İsgəndəriyyə» kitabxanasının direktoru İsmayıl Seragəldinin Azərbaycana səfəri, «BakuTel» sərgisi çərçivəsində «Kulturama» layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

S.Ə.Mansur ölkəsində prezident seçkilərindən sonra yeni kabinetin müəyyənləşdirildiyini bildirib və bu sahəyə cavabdeh yeni nazirin təyin edildiyi haqda Ə.Abbasova məlumat verib.

Öz növbəsində Ə.Abbasov bu ilin noyabrın 6-10-da Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun Nazirlər Toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.

Nazir Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR