Bank Of Baku

Azərbaycanda I yarımillikdə avtomobil yollarının inkişafına 855 mln. manat xərclənib

Azərbaycanda I yarımillikdə avtomobil yollarının inkişafına 855 mln. manat xərclənib
# 24 avqust 2012 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə avtomobil yollarının inkişafına 855,4 mln. manat vəsait sərf olunub. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, hesabat dövründə 225,2 km, o cümlədən 58,5 km respublika əhəmiyyətli, 166,7 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 6 ədəd körpü tikilib: «Daxili investisiyalar hesabına Gəndob-Rusiya sərhədi yeni avtomobil yolunun, Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsi (Bayraq meydanına gedən yol) və bu yol üzərində 3 piyada keçidi tikilərək istismara verilib, bu yolun 50-69 km hissəsinin, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi (59 km) avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336km)-Gəncə, Kürdəmir-İmişli, Bəhrəmtəpə-Biləsuvar avtomobil yollarının əsaslı təmiri işləri davam etdirilib».

Bundan başqa, yerli əhəmiyyətli Xocahəsən-Lökbatan, Cəlilabad-Yardımlı, Qusar-Əniğ-Ləzə avtomobil yollarının tikintisi, Qəbələ-Küsnət-Laza avtomobil yolunun yenidən qurulması, İsmayıllı-Lahıc, Şamaxı-Göylər-Çöl-Padar, M-2 (482 km)-Salahlı-Aslanbəyli-Kəmərli, Quba-Qəçrəş, Şəki-Qax yolunun əsaslı təmiri üzrə tikinti işləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR