Bank Of Baku

«Nar Mobile» abunəçiləri üçün festival keçirəcək

«Nar Mobile» abunəçiləri üçün festival keçirəcək
# 24 avqust 2012 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti yay mövsümünün başa çatması ilə əlaqədar festival keçirəcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Goodbye Summer» («Əlvida yay») adlı festival avqustun 26-da «Crescent Beach Hotel»də təşkil olunacaq. Festivalda əcnəbi DJ-lər və rəqs qrupu iştirak edəcək. Belə ki, Rusiyadan Elly Noise, Gürcüstandan Dubster, DJ George və Go-Go Dancers tədbirə qatılacaq. Festival saat 15:00-da başlayacaq və tədbirdə yalnız «Nar Mobile» abunəçiləri iştirak edə biləcək.

Tədbir zamanı futbol çempionatı, foto müsabiqə, ən yaxşı kişi və qadın rəqsi və sual-cavab müsabiqəsi keçiriləcək. Müsabiqələrin qalibləri «Nar Mobile» tərəfindən hədiyyələrlə mükafatlandırılacaq. Festivala giriş pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR