Bank Of Baku

Avropa Komissiyası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yeni qrant ayırıb

Avropa Komissiyası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün yeni qrant ayırıb
# 25 avqust 2012 08:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Komissiyası Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində 2012-ci ildə təbii fəlakətlərə qarşı hazırlıq proqramının (DIPECHO) maliyyələşdirilməsi üçün 8 mln. avro ayırıb. APA-nın məlumatına görə, bunu Avropa Birliyinin beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın nizamlanması üzrə komissarı xanım Kristalina Georgiyeva bildirib.

DIPECHO proqramı təbii fəlakətin, o cümlədən subasma, qasırğa, vulkan püskürməsi, zəlzələ, meşə yanğınları, quraqlığın nəticələrinin aradan qaldırılması, müvafiq yerli icra orqanları və icmaların potensialının gücləndirilməsini nəzərdə tutur. Layihə infrastrukturun gücləndirilməsi, kadrların hazırlanması, məlumatlılığın artırılması, ilkin xəbərdarlıq sistemlərinin yaradılması və yaxşılaşdırılması, habelə fövqəladə vəziyyətlərdə planlaşdırmanın təkmilləşdirilməsini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR