Bank Of Baku

«Apple» şirkəti «Samsung»a qarşı yeni iddia qaldırır

«Apple» şirkəti «Samsung»a qarşı yeni iddia qaldırır
# 25 avqust 2012 09:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, belə ki, «Apple» şirkəti «Samsung»un istehsal etdiyi «Galaxy» smartfonlarının və «Galaxy Tab» planşetlərinin ABŞ bazarında satışına qadağanın tətbiqinə nail olmaq fikrindədir. Bu bəyanat San-Xose (Kaliforniya ştatı) şəhərinin federal məhkəməsində məhkəmə iclasçıları «Samsung» şirkətini «Apple»ın 6 patent hüquqlarını pozmaqda günahkar bildirdikdən sonra irəli sürülüb. Məhkəmənin qərarına əsasən, «Samsung» şirkəti 1,05 mlrd. ABŞ dolları həcmində kompensasiya ödəməlidir. Bu qərar 22 saatlıq müzakirədən sonra çıxarılıb. «Samsung» şirkətinin apellyasiya verəcəyi gözlənilir.

Bundan başqa «Apple» Cənubi Koreya şirkətini «iPhone» və digər qurğuların texnologiyasının «oğurlanması»nda və dizaynın köçürülməsində ittiham edib. Bir gün əvvəl Koreyada şirkətlərinin qarşılıqlı iddialarına baxan məhkəmə «Samsung» və «Apple» şirkətlərinin bir-birinin patentini pozması haqqında qərar qəbul edib. Məhkəmə cəza tədbiri kimi ölkə ərazisində hər iki ölkənin qurğularının satışına məhdudiyyət tətbiq edib.

Qeyd edək ki, «Apple» şirkəti «Samsung»a qarşı məhkəmə iddiası ilə ötən il çıxış edib və «Samsung Electronics»i qeyri-qanuni olaraq özünün «iPhone» və «iPad» kimi məhsullarına bənzəyən smartfon və planşet kompüterlər istehsal etməkdə ittiham edib.

«Apple» 2,5 mlrd. dollar məbləğində təzminat tələb edir, bu isə məhkəmə işini indiyədək patent məsələsində ən çox təzminat tələbli işə çevirib.

Öz növbəsində Cənubi Koreya şirkəti «Apple»ın uzun illər sənaye standartı olan texnologiyalardan istifadə edərək onları inkişaf etdirdiyini bəyan edir. Şirkət həmçinin «Apple»ın öz «iPhone» məhsulunu «Sony» şirkətindən oğurladığını iddia edir. «Samsung»un vəkilləri isə şirkətin 1991-ci ildən mobil telefonlar istehsal etdiyini, «Apple» şirkətinin isə texnologiya bazarına sadəcə 2007-ci ildə atıldığına da diqqət çəkirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR