Bank Of Baku

Bu ilin sonunadək AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq

Bu ilin sonunadək AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq
# 27 avqust 2012 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Hava Yolları» (AZAL), «Azerfon» şirkəti («NarMobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müştərək müqaviləyə əsasən, bu ilin sonunadək AZAL-ın bütün təyyarələrində uçuş zamanı «NarMobile»ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayından etibarən sözügedən yenilik AZAL-ın bir təyyarəsində tətbiq olunacaq, cari ilin sonunadək isə aviaşirkətin bütün təyyarələrini əhatə edəcək.

Qeyd edək ki, təyyarənin qalxma və enmə prosesi istisna olmaqla AZAL-ın avialaynerlərində uçuş zamanı «NarMobile»ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq. Bura danışıq, internet, SMS və digər xidmətlər daxildir. Azərbaycanın digər mobil rabitə operatorları «Azerfon»la müvafiq rouminq sazişi imzalamaqla bu xidmətlərdən istifadə edə bilər.

AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atmış olacaq. Hazırda AZAL-ın aviaparkı 22 təyyarədən ibarətdir. Bundan başqa, 2014-cü ildə Azərbaycanın alacağı iki «Boeing-787 Dreamliner» təyyarəsi bu xidmətlərin tətbiqi üçün hazır vəziyyətdə gətiriləcək.

Xatırladaq ki, sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq. Azərbaycanın süni peykinin orbitə buraxılmasından sonra isə bu şirkətlər sözügedən xidmətdən yararlanmaq üçün Azərbaycanın infrastrukturdan istifadə edə, yeni xidmətdən hətta 35 500 metr hündürlükdə yararlana biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR