Bank Of Baku

Yurgen Pitz: «Azerfon»un 4G xidməti Azərbaycanın bütün ərazisini əhatə edəcək»

Yurgen Pitz: «Azerfon»un 4G xidməti Azərbaycanın bütün ərazisini əhatə edəcək»
# 27 avqust 2012 11:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («NarMobile» ticarət nişanı) tətbiq edəcəyi 4G xidməti ölkənin bütün ərazisini əhatə edəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib.

Onun sözlərinə görə, hazırda bu xidmətin tətbiqi üçün hazırlıq gedir ki, xidmət tam hazır olandan sonra tətbiqinə başlanılacaq: «Biz Azərbaycanın digər mobil rabitə operatorlarından fərqli olaraq 4G xidmətini ölkə ərazisinin müəyyən regionlarında deyil, bütün ölkə ərazisində tətbiq edəcəyik».

Şirkət rəsmisi onu da qeyd edib ki, son illər ərzində «Azerfon»un ölkə üzrə baza stansiyalarının sayı kifayət qədər artırılıb və bu stansiyaların əksəriyyəti 4G texnologiyasını dəstəkləyəcək.

Qeyd edək ki, 4G - «dördüncü nəsil» mobil rabitə şəbəkəsi daha yüksək sürətli internetdən istifadə, internetə 100 Mbit/saniyədən artıq sürətlə qoşulmaq imkanı yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR