Bank Of Baku

Azərbaycanda CSI indikatoru kəskin azalıb

Azərbaycanda CSI indikatoru kəskin azalıb
# 27 avqust 2012 11:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2012-ci ilin iyul ayı üzrə 29,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu ilin iyun ayında həmin indikator 156,6%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, iyul ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 3,4 dəfə azalıb. Bundan bir ay əvvəl isə bu göstəricinin 1,6 dəfəlik artımı baş verib:




Göründüyü kimi, tikinti xərcləri indikatorunun dinamikasında böyük dəyişkənlik müşahidə olunur ki, bunun da əsas səbəbi tikinti sahəsinin subyektiv və mövsümi amillərdən ciddi asılılığı ilə bağlıdır. O cümlədən, iyul ayında həmin sahədə durğunluğun əsas səbəbi iyulda müşahidə olunan anomal istilər ola bilər.

Qeyd edək ki, ümumiyyətlə CSI indikatoru əsas makroiqtisadi indikatorlardan biridir və onun dinamikası sırf tikinti sahəsinin deyil, həm də həmsərhəd sahələrdə, o cümlədən tikinti materialları və torpaq bazarı, həmçinin əmək bazarında cari vəziyyətlə bağlı müəyyən mənzərəni üzə çıxarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR