Bank Of Baku

Belarus Azərbaycana traktor ixracını artırır

Belarus Azərbaycana traktor ixracını artırır
# 27 avqust 2012 15:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Belarusun Minsk Traktor Zavodu (MTZ) Azərbaycana traktorların göndərilməsi ilə bağlı yeni müqavilə imzalamağı planlaşdırır. APA-nın «BelTA» agentliyinə istinadən verdiyi məlumata görə, bunu MTZ İstehsalat Birliyinin baş direktoru A.Puxovoy bildirib.

Zavod direktoru qeyd edib ki, yeni müqavilə Gəncə Avtomobil Zavodunda yığılacaq traktorların hissələrinin Azərbaycana ixracını nəzərdə tutur.

Xatırladaq ki, bu ilin yanvar-iyul ayları ərzində MTZ Azərbaycana traktorların yığılması üçün 7,4 mln. ABŞ dolları dəyərində hissələr göndərib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR