Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 13% artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 13% artıb
# 28 avqust 2012 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda hava nəqliyyatı ilə 869,5 min və ya ötən ilin analoji dövrünə nisbətən 13,1% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, daşınmanın 98,5%-i dövlət, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Hesabat dövründə hava nəqliyyatı ilə sərnişin dövriyyəsi 15,6% artaraq 1 333,7 mln. sərnişin/km təşkil edib.

Bundan başqa, cari ilin ilk yeddi ayı ərzində hava nəqliyyatı ilə 32,4 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 17% çox yük daşınıb. Yük dövriyyəsi ötən ilin yanvar-iyul aylarına nisbətən 22,2% artaraq 154,2 mln. ton/km təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR