Bank Of Baku

AZAL aviaşirkəti Naxçıvan-Zaqatala reysini açıb

AZAL aviaşirkəti Naxçıvan-Zaqatala reysini açıb
# 28 avqust 2012 09:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) daxili aviareyslərin sayını artırıb. Şirkət Naxçıvan-Zaqatala aviareysini istifadəyə verib.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Naxçıvandan Zaqatalaya uçuşlar hər həftənin III və VI günləri saat 11:40-da, əks istiqamətdə isə saat 13:25-də yerinə yetirilir. Uçuşlar «ATR-72» tipli təyyarələrlə yerinə yetirilir və uçuşun ümumi vaxtı 55 dəqiqə təşkil edir: «Bir istiqamətdə aviabiletin qiyməti 49 manat, hər iki istiqamətdə isə 98 manat təşkil edir. Bundan başqa, sözügedən aviareysə iki yaşadək uşaqlara bir biletin qiyməti müvafiq olaraq 4,90 manat və 9,80 manat, 12 yaşadək uşaqlar üçün isə 33 manat və 66 manat təşkil edir».

Bununla da Azərbaycan daxilində yerinə yetirilən aviareyslərin sayı 7-yə çatıb:

Bakı-Naxçıvan:

Azərbaycan vətəndaşlarına Bakı-Naxçıvan aviareysinə «ekonom-sinif» üçün bir biletin qiyməti 50 manat (hər iki istiqamətdə - 100 manat), xarici vətəndaşlar üçün isə 70 manat (140 manat) təşkil edir. Bu aviareys üzrə «biznes-sinfə» biletin qiyməti isə həm Azərbaycan, həm də xarici vətəndaşlar üçün 130 manat (iki istiqamətdə - 260 manat) təşkil edir.

Bakı-Naxçıvan aviareysinə Azərbaycan vətəndaşı olan 5 yaşadək uşaqlara aviabilet pulsuzdur, 5-12 yaşında uşaqlar üçün isə biletin qiyməti 40 manat (80 manat) təşkil edir.

Xarici vətəndaşların 2 yaşadək uşaqlarına Bakı-Naxçıvan aviareysinə biletin qiyməti 7 manat (14 manat), 2-12 yaşında uşaqlar üçün isə 46,9 manat (93,8 manat) təşkil edir.

Bakı-Gəncə:

Bu aviareysə biletin qiyməti 30 manat (hər iki istiqamətdə 60 manat), 2 yaşadək uşaqlar üçün 3 manat (6 manat), 2-12 yaşında uşaqlar üçün isə 20,1 manat (40,2 manat) təşkil edir.

Bakı-Lənkəran:

Bakı-Lənkəran aviareysinə bir biletin qiyməti 25 manat (hər iki istiqamətdə 50 manat), 2 yaşadək uşaqlar üçün 2,5 manat (5 manat), 2-12 yaşında uşaqlar üçün isə 17 manat (34 manat) təşkil edir.

Bakı-Zaqatala:

Sözügedən aviareysə biletin qiyməti 35 manat (hər iki istiqamətdə 70 manat), 2 yaşadək uşaqlar üçün 3,5 manat (7 manat), 2-12 yaş uşaqlar üçün isə 23,5 manat (47 manat) təşkil edir.

Bakı-Qəbələ:

Bu aviareysə biletin qiyməti 48 manat (hər iki istiqamətdə 96 manat), 2 yaşadək uşaqlar üçün 4,8 manat (9,6 manat), 2-12 yaşında uşaqlar üçün isə 32,16 manat (64,32 manat) təşkil edir.

Gəncə-Naxçıvan:

Gəncə-Naxçıvan aviareysinə bir biletin qiyməti 39 manat (hər iki istiqamətdə 78 manat), 2 yaşadək uşaqlar üçün 3,9 manat (7,8 manat), 2-12 yaşında uşaqlar üçün isə 26,13 manat (52,26 manat) təşkil edir.

Naxçıvan-Zaqatala:

Naxçıvan-Zaqatala aviareysinə bir biletin qiyməti 49 manat (hər iki istiqamətdə 98 manat), 2 yaşadək uşaqlar üçün 4,9 manat (9,8 manat), 2-12 yaşında uşaqlar üçün isə 33 manat (66 manat) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR