Azərbaycanda gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısı və onlardan istifadə qaydaları təsdiq edilib
Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu qaydalar Azərbaycan Gömrük Məcəlləsinin 65.6-cı və 85.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və gömrük nəzarətindən keçməli olan malların və nəqliyyat vasitələrinin yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədilə gömrük orqanları tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin növlərinin siyahısını və onlardan istifadə qaydalarını müəyyən edir.
Qaydalara görə, gömrük orqanlarında stasionar, səyyar (mobil), daşınan və portativ tipli texniki nəzarət vasitələrindən istifadə edilir. Texniki nəzarət vasitələri texniki xüsusiyyətlərindən və təyinatından asılı olaraq müvafiq növlərə bölünür. Məsələn, eyniləşdirmə texniki nəzarət vasitələri - gömrük nəzarəti həyata keçirilərkən fiziki şəxslərin əl yükünün, müşayiət olunan və müşayiət olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin, beynəlxalq poçt göndərişlərinin, o cümlədən onlara aid sənədlərin eyniləşdirmə tədbirlərinin həyata keçirilməsini təmin edir. Audio və video məlumat daşıyıcıları üzrə texniki nəzarət vasitələri isə gömrük işi sahəsində qanun pozuntularının aşkar edilməsi zamanı qadağan olunmuş məlumatların silinməsini, eyni zamanda foto-kinoplyonkalara, slaydlara, USB və digər yaddaş qurğularına baxılmasını təmin edir.
Gömrük Məcəlləsi ilə müəyyən olunmuş hallarda foto, kino və videoçəkilişlərdən və ya digər yazan texniki vasitələrdən nəzarət məqsədi ilə istifadə edildikdə, həmin materiallar gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola əlavə olunur.
Bundan başqa, vizual texniki nəzarət vasitələri - gömrük nəzarəti aparılan obyektlərin müşahidəsini, hadisələrin, faktların və təsvirlərin qeydə alınmasını təmin edir. Operativ rabitə üzrə texniki nəzarət vasitələri - gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük nəzarəti prosesinin operativ idarəçiliyinin təşkil edilməsini və məlumatların ötürülməsini təmin edir.
Qlobal mövqetəyinetmə sistemi (GPS) - Yer kürəsinin naviqasiya sistemi əsasında elektron xəritə üzərində hava şəraitindən asılı olmayaraq obyektin yerləşdiyi coğrafi koordinatların, vaxtın və məsafənin müəyyən edilməsini təmin edir. Gömrük nəzarəti zamanı texniki nəzarət vasitələrindən istifadə qaydalarına gəlincə, baxış-rentgen texnikası gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin növündən, texnologiyanın tətbiq edildiyi sahədən və şəraitdən asılıdır. Buraya malların yoxlanılması üçün stasionar baxış-rentgen texnikası, beynəlxalq poçt göndərişlərinin yoxlanılması üçün stasionar baxış-rentgen texnikası, səyyar baxış-rentgen texnikası, daşınan baxış-rentgen texnikası daxildir.
Axtarış texniki nəzarət vasitələrinə aid edilənlər isə metal detektorlarıdır. Buraya gömrük sərhəd buraxılış məntəqələrindən keçən fiziki şəxslərin üzərində, onların əl yüklərində və baqajlarında gizlədilmiş istənilən formalı və istiqamətli metal əşyaların aşkar olunması üçün istifadə olunan stasionar, daşınan və portativ elektron cihazlar aid edilir. Həmçinin baxış güzgüləri - nəqliyyat vasitələrinin çətin aşkar olunan yerlərinə baxış keçirmək üçün istifadə olunan müxtəlif ölçülərdə və formalarda dəyişən güzgülərlə təchiz edilmiş teleskopik tutacaqlar və əşyaların götürülməsi üçün xüsusi qarmaqlar dəsti, buster cihazı - boşluqlarda gizlədilmiş əşyaları aşkar etməyə imkan verən əl cihazı, georadarlar - radioimpulslar və radiodalğalar vasitəsilə bircinsli yüklərin daxilində gizlədilmiş əşyaların aşkar edilməsi üçün istifadə olunan cihazlar və s. də bura aiddir.
Eyniləşdirmə texniki nəzarət vasitələrinə qiymətli daşların və metalların əyarını müəyyən edən detektorlar - qiymətli daşların və metalların əyarlarının eyniləşdirilməsi üçün qiymətli daşlarda şüaların bölünməsi və qiymətli metallarda elektrikötürücülük metodu əsasında işləyən detektorlar, rentgenoflüressent cihazlar - bərk, maye və ya toz halında olan maddələrin təhlili üçün rentgenflüressent analizatorlar, nəqliyyat vasitələrinin nişanlarının eyniləşdirilməsini həyata keçirən cihazlar - nəqliyyat vasitələrinə məxsus şassi, ban və mühərrik nömrələrinin həqiqiliyini yoxlayan cihazlar və s. aid edilir.
Audio və video məlumat daşıyıcıları üzrə texniki nəzarət vasitələrinə fotoaparatlar, videokameralar, videomaqnitofonlar, diktofonlar, maqnitofonlar, USB və digər yaddaş qurğuları, bütün yazı və format sistemlərinin pleyerləri, telemonitorlar, diaproyektorlar, DVD-lər, xüsusi kompyuter nəzarət sistemləri aiddir. Vizual texniki nəzarət vasitələrinə isə videonəzarət sistemləri, binokllar, gecə müşahidə cihazları, gecə müşahidə sistemləri, lupalar aid edilir.
Qaydalara görə, operativ rabitə texniki vasitələrindən gömrük orqanları tərəfindən operativ əlaqənin yaradılması üçün istifadə olunur. Gömrük orqanlarında müəyyən olunmuş dalğalarda işləyən əlaqə radiovasitələrindən istifadə edilir. Onlar daşınan, səyyar və stasionar vasitələrdən ibarətdir.
GPS-dən Azərbaycan Respublikasının gömrük ərazisində iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlər ərzində təyinatı üzrə çatdırılmasına nəzarət olunması üçün istifadə olunur.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
ABŞ İrana qarşı yeni zərbələr dalğasının başladığını elan edib
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq