Bank Of Baku

Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı yenidən qurulur

Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı yenidən qurulur
# 28 avqust 2012 14:38 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərsu” ASC Bakı şəhəri ilə yanaşı regionlarda da su təchizatı layihələrinin icrasına xüsusi diqqət yetirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Bu layihələrdən biri də Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatının yenidən qurulmasından ibarətdir. Layihəyə uyğun olaraq kəndə su Kür-Bakı kəmərindən veriləcək və bu məqsədlə hazırda diametri 200 mm, uzunluğu 15,7 km olan polietilen borulardan yeni magistral su xətti çəkilib. Bundan başqa, yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək əvəzində yenisinin tikilməsi, həcmi 300 kubmetr olan mövcud 2 ədəd su anbarının təmiri, kənddaxili su xətlərinin çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 3 180 nəfər əhalisi olan Xıdırlı kəndinin yalnız 30%-i - 193 abonent (1060 nəfər) mərkəzləşdirilmiş içməli su ilə təmin olunur. Layihə yekunlaşdıqdan sonra isə bütün kənd içməli su ilə təchiz ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR