Bank Of Baku

Lars Niberq: “Avropadakı maliyyə böhranı «TeliaSonera» şirkətlər qrupuna daxil olan mobil rabitə operatorlarının fəaliyyətinə ciddi təsir etməyib”

Lars Niberq: “Avropadakı maliyyə böhranı «TeliaSonera» şirkətlər qrupuna daxil olan mobil rabitə operatorlarının fəaliyyətinə ciddi təsir etməyib”
# 30 avqust 2012 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropada müşahidə olunan maliyyə böhranı «TeliaSonera» şirkətlər qrupunun bu regionda mövcud mobil rabitə operatorlarının fəaliyyətinə ciddi təsir etməyib. «APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan «TeliaSonera» şirkətlər qrupunun prezidenti Lars Niberq bildirib.

Onun sözlərinə görə, «TeliaSonera»nın 4 mobil rabitə şirkəti Avropanın Skandinaviya və 3 şirkəti Baltik regionlarında mövcuddur: «Skandinaviya ölkələrinə nisbətən Baltik ölkələrində fəaliyyət göstərən şirkətlərimizə müəyyən qədər böhran təsir edib. Lakin biz bunu İspaniya kimi ölkə ilə müqayisə etsək, Baltik ölkələrindəki şirkətlərimiz demək olar ki, böhrandan heç bir zərər çəkməyib».

Qeyd edək ki, «TeliaSonera» şirkəti İsveç və Finlandiyanın aparıcı telekommunikasiya əməliyyatçıları olan «Telia» ilə «Sonera» tərəfindən 2002-ci ilin dekabr ayında yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR