Bank Of Baku

«Azercell Telekom» şirkəti 4G xidmətinin əhatə dairəsini genişləndirəcək

«Azercell Telekom» şirkəti 4G xidmətinin əhatə dairəsini genişləndirəcək
# 30 avqust 2012 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Gələn il ərzində Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti göstərdiyi 4G xidmətinin əhatə dairəsini genişləndirəcək. «APA-Economics»in məlumatına görə, bu barədə «Azercell»in sabiq prezidenti Əli Ağan bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə 4G texnologiyasını tətbiq edən məhz «Azercell» olub və şirkətin bu texnologiyanı ölkə ərazisində genişləndirmək istiqamətində müvafiq planları mövcuddur: «Hazırda 4G xidmətindən Bakının bəzi yerlərində yararlanmaq olar. Lakin bu xidmətin əhatə dairəsinin genişləndirilməsi həmçinin «Azercell» abunəçilərinin avadanlıqlarının 4G texnologiyasını dəstəkləməsi ilə də əlaqədardır. Hazırda ölkədə 4G xidmətini dəstəkləyən avadanlıqlar bir o qədər də çox deyil. Lakin son vaxtlar istifadəçilərdə belə avadanlıqların artması müşahidə olunur. Gələn ildən etibarən Azərbaycanda 4G texnologiyasını dəstəkləyən avadanlıqlar artdıqca, «Azercell» şirkəti də sözügedən xidmətin əhatə dairəsini genişləndirəcək».

«Azercell»in göstərdiyi və bütün ölkə ərazisini əhatə edən 3G xidmətinə gəldikdə isə, Ə.Ağan qeyd edib ki, bu texnologiyanın Azərbaycanda tətbiqi ölkədə internet bazarına, əsasən də istehlakçılara müsbət təsir göstərib. Belə ki, 3G-nin tətbiqindən sonra ölkədə internet xidmətlərinə görə qiymətlər təxminən 60% aşağı düşüb.

Qeyd edək ki, 4G - «dördüncü nəsil» mobil rabitə şəbəkəsi isə daha yüksək sürətli internetdən istifadə, internetə 100 Mbit/saniyədən artıq sürətlə qoşulmaq imkanı yaradır.

Xatırladaq ki, Ə.Ağan 2008-ci ildən etibarən «Azercell»in prezidenti vəzifəsində çalışıb. Hazırda o, «TeliaSonera» şirkətlər qrupuna daxil olan Özbəkistanın «Ucell» şirkətinə prezident vəzifəsinə təyin olunub. Onun yerinə isə «TeliaSonera»da çalışan Kirill Qaburiç təyin olunub. O, vəzifəsinin icrasına sentyabrın 1-dən etibarən başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR