Bank Of Baku

Azərbaycan Astanada keçiriləcək beynəlxalq İKT tədbirində iştirak edəcək

Azərbaycan Astanada keçiriləcək beynəlxalq İKT tədbirində iştirak edəcək
# 30 avqust 2012 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Sentyabrın 27-28-də Astanada (Qazaxıstan) Elektrorabitə Operatorları Şurası, Regional Rabitə Əməkdaşlığı (RRƏ) və RRƏ-nin elektrorabitə üzrə komissiyasının birgə iclası keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə müzakirə olunacaq məsələlərdən biri MDB ölkələrinin mal və xidmətlərin mobil ödəniş sisteminin hazırlanması və tətbiqi olacaq. Azərbaycan bu iclas çərçivəsində bu təcrübə ilə tanış olacaq. İclas iştirakçıları ödəniş kartları və qarşılıqlı hesabların tətbiqi ilə ödənişlərin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.

İclasda həmçinin yerli tənzimləmə orqanlarının rabitə sahəsində mobil telefoniyanın pərakəndə bazarının nizamlanması məsələlərində iştirakı, rəqəmsal yayım xidməti üzrə tariflərin formalaşdırılması prinsipləri, yeni nəsil şəbəkələrinin kompleks xidmətləri nəzərdən keçiriləcək. Tərəflər elektrorabitə xidmətlərinə görə qiymət müəyyənləşdirmə və beynəlxalq hesablaşma məsələləri üzrə təcrübə mübadiləsi aparacaq.
Gündəliyə həmçinin Beynəlxalq Telekommunikasiya Şurası, Elektrorabitənin Standartlaşdırılması üzrə Ümumdünya Assambleyası və 2012-ci il Beynəlxalq Elektrorabitə üzrə Ümumdünya Konfransının tədbirlərinə RRƏ rabitə administrasiyalarının hazırlanması məsələsi daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR