Bank Of Baku

«TeliaSonera»: «Azercell» Azərbaycanın telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətindədir - FOTO

«TeliaSonera»: «Azercell» Azərbaycanın telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətindədir - <font color=red>FOTO</font>
# 30 avqust 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün «Azercell Telekom» MMC-nin əsas səhmdarı olan «TeliaSonera» şirkətinin prezidenti və baş icraçı direktoru Lars Niberq Azərbaycan prezidenti İlham Əliyev və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşlər keçirib.

«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, bu qəbullardan sonra «TeliaSonera»nın prezidenti tərəfindən mətbuat nümayəndələri ilə də görüş keçirilib.

Tədbir zamanı L.Niberq dünyanın 19 ölkəsində fəaliyyət göstərən «TeliaSonera» şirkətlər qrupunun uğurlarından danışıb, Azərbaycanda da «Azercell»in dünya standartlarına uyğun keyfiyyətlə fəaliyyət göstərdiyini vurğulayıb. L.Niberq qeyd edib ki, hazırda «Azercell» Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərindən biridir və eyni zamanda şirkət Azərbaycanın qeyri-neft sektorunda mühüm yer tutur.

«Azercell»də və digər «TeliaSonera» qrupu şirkətlərində baş verən rəhbərlik dəyişikliklərindən danışan L.Niberq onu da bildirib ki, «TeliaSonera» Azərbaycanda yüksək səviyyəli xidmət göstərmək öhdəliyinə sadiqdir və «Azercell» ölkənin telekommunikasiya bazarında liderliyi qoruyub saxlamaq niyyətindədir.

Qeyd edək ki, «TeliaSonera» şirkəti İsveç və Finlandiyanın aparıcı telekommunikasiya əməliyyatçıları olan «Telia» ilə «Sonera» tərəfindən 2002-ci ilin dekabr ayında yaradılıb. «TeliaSonera» Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda telekommunikasiya şəbəkəsini birləşdirən bir holdinqdir. Əsası 1850-ci ildə qoyulan bu şəbəkə hazırda bütün dünyada telekommunikasiya sahəsinin pioneri sayılır. Dünyada ilk dəfə olaraq 4G-nin kommersiya tətbiqini həyata keçirən «TeliaSonera» bu texnologiyanın təqdimatını Everest dağının zirvəsində də təşkil edib. Holdinq hazırda Avropada beşinci telekommunikasiya şirkəti sayılır.

Xatırladaq ki, 175 mln. abunəçisi olan holdinqdə bütün dünya üzrə 29 minə yaxın insan çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR