Bank Of Baku

«Samsung» şirkəti ABŞ bazarında mövqelərini gücləndirir

«Samsung» şirkəti ABŞ bazarında mövqelərini gücləndirir
# 31 avqust 2012 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Apple» şirkətinin patentlərini pozduğuna görə məhkəmə prosesində məğlub olan Cənubi Koreyanın «Samsung» şirkəti mübarizəni davam etdirib, itirilmiş mövqeyini özünə qaytarmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, «Samsung» məhkəmənin qərarının bir sıra maddələri ilə bağlı apelyasiya vermək niyyətindədir və hazırda şirkət öz məhsullarının dizaynını dəyişdirmək niyyətindədir.

«Apple»dan aldığı zərbədən sonra «Samsung» ABŞ-da tərəfdaşları ilə əlaqələri gücləndirir. Şirkət ABŞ-ın iri mobil rabitə operatorları ilə birgə istehsal etdiyi məhsulların yeni dizaynını hazırlayır ki, bu məhsullar sərbəst olaraq ABŞ bazarında realizə edilə bilsin. Hazırda bu məsələdə «Samsung»a ABŞ-ın sayca ikinci iri mobil rabitə operatoru olan «Verizon Wireless» şirkəti yardım göstərir.

Bundan başqa, «Samsung» şirkəti «Microsoft» korporasiyası ilə də əməkdaşlığı inkişaf etdirir. Belə ki, «Samsung»un yeni istehsal etdiyi bəzi məhsullar məhz «Microsoft» əməliyyat sistemi üzərində qurulacaq. Bununla Cənubi Koreya şirkəti «Google» korporasiyasından asılılığı azaltmaq niyyətindədir. Xatırladaq ki, hazırda «Samsung»un bir çox məhsulları məhz «Google»un «Android» əməliyyat sistemi üzərində qurulub.

Qeyd edək ki, «Apple» şirkətinin patentlərini pozduğuna görə «Samsung» ABŞ şirkətinə 1,049 mlrd. ABŞ dolları məbləğində cərimə ödəyib. Bəzi məlumatlara əsasən, Koreya şirkəti bu məbləği 30 yük maşınına yüklənmiş 5 sentlik sikkələrlə ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR