Bank Of Baku

Qusar-Suvar düşərgəsi avtomobil yolunun yenidən qurulması üçün partlayış işləri aparılacaq

Qusar-Suvar düşərgəsi avtomobil yolunun yenidən qurulması üçün partlayış işləri aparılacaq
# 31 avqust 2012 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qusar-Əniğ-Ləzə-Suvar düşərgəsi avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində partlayış işləri həyata keçiriləcək. «APA-Economics»in xəbərinə görə, bu barədə «Azəryolservis» ASC-nin məlumatında deyilir.

ASC-nin məlumatına əsasən, Qusar-Əniğ-Ləzə-Suvar düşərgəsi avtomobil yolu Qusar şəhər avtovağzal dairəsindən başlamaqla Suvar düşərgəsinədək uzanır. Ümumi uzunluğu 39 km təşkil edən yolun ilk 7 kilometr hissəsi 1-ci texniki dərəcəli 4 zolaqlı, 7-21-ci kilometrə qədər hissəsi 2-ci texniki dərəcəli 2 zolaqlı, 21-36-cı kilometrə qədər hissəsi 3-cü texniki dərəcəli 2 zolaqlı, 36-39 kilometrədək isə 4-cü texniki dərəcəli 2 zolaqlı olacaq. Yol boyu 7 körpünün və müxtəlif diametrli 30-dan çox suötürücü borunun tikintisi işləri artıq başa çatdırılıb.
Körpülərdən 3-nün uzunluğu 18 metr, 2-nin uzunluğu 12 metr, digərlərinin isə müvafiq olaraq 54 metr və 108 metr, eni isə 11,5 metrdir. Bundan başqa, yolun 18 km-lik hissəsində ikiqat asfalt-beton örtüyünün vurulması işləri də tamamlanıb.

«Hazırda genişləndirilməsi nəzərdə tutulan yolun 30-36-cı kilometrinədək olan hissəsində torpaq işləri davam etdirilir. Həmin ərazidə avtomobil yolu mürəkkəb relyefə malik dağlıq yerdən keçdiyi üçün 4 yerdə partlayış işləri də nəzərdə tutulub», - deyə məlumatda qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR