Bank Of Baku

Düşənbə-Bakı aviareysi təxirə salınıb

Düşənbə-Bakı aviareysi təxirə salınıb
# 31 avqust 2012 08:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün səhər Düşənbədən (Tacikistan) Bakıya yerinə yetirilməsi planlaşdırılan birbaşa sərnişin aviareysi təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, 141 saylı Düşənbə-Bakı aviareysi sərnişinlərin az olması səbəbindən yerinə yetirilməyib: «Buna görə, müvafiq olaraq 142 saylı Bakı-Düşənbə reysi üzrə də uçuş həyata keçirilməyib. Bu marşrutla növbəti uçuş sentyabrın 7-də saat 06:30-da yerinə yetiriləcək».

Qeyd edək ki, Bakı-Düşənbə aviareysi hər həftənin V günləri saat 06:30-da «Boeing-737» tipli avialayneri ilə «Tajik Air» aviaşirkəti tərəfindən yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR