Bank Of Baku

Asiya İnkişaf Bankı Bakıda seminar keçirib

Asiya İnkişaf Bankı Bakıda seminar keçirib
# 31 avqust 2012 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) maliyyələşdirdiyi layihələrdə iş və xidmətlər üçün satınalma məsələləri ilə bağlı Bakıda seminar keçirib.

AİB-in Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edən seminarı AİB-in satınalma üzrə mütəxəssisi Rüstəm Abdukayımov keçirib.

AİB-nın layihələrini həyata keçirən hökumət agentliklərinin qatıldığı tədbirin məqsədi satınalma təcrübəsinin yaxşılaşdırılması olub. Beləliklə, satınalma ilə bağlı hər layihədə satınalmanın təcrübi aspektləri, AİB-in maliyyələşdirdiyi layihələrdə satınalma prosesinin idarə edilməsi, təklifin qiymətləndirilməsi, müqavilənin idarə edilməsi, icra edilən işin qiymətləndirilməsi, müşavir şirkətlərin xidmətlərinin satın alınması, müşavirlərin rolu və icraçı agentliklərin satınalma rolları və məsuliyyətləri kimi bir sıra məsələlər müzakirə olunub.

Seminar çərçivəsində «Azərenerji» ASC, «Azəryolservis» ASC, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR