Bank Of Baku

Ucar-Zərdab magistral yolunda bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Ucar-Zərdab magistral yolunda bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb
# 31 avqust 2012 15:21 (UTC +04:00)
Ucar. Zahid Abışov - APA. Ucar-Zərdab əsas magistral yolunda bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Ərazidə xidmət aparan Dövlət Avtomobil Nəqliyyat Xidməti əməkdaşlarının APA-nın yerli bürosuna verdiyi məlumata görə, artıq 3 gündür ki, Ucar-Zərdab yolunun dağılmış hissələrinə asfalt örtüyü vurulur.

Aparılan təmir işləri ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyinin tabeliyində olan 3 qurum Ucar rayonunun “Dördyol” adlanan ərazisindən Zərdab istiqamətinə yük maşınlarının hərəkətini məhdudlaşdırıb. Yollarda aparılan təmir işləri başa çatdıqdan sonra bütün növ nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. Nəqliyyat Nazirliyinin yolların daha rahat və etibarlı olması üçün göstərdiyi səylərə baxmayaraq, 3 gün əvvəl təmir olunan yollar yenidən yararsız vəziyyətə düşüb. Belə ki, yollarda yeni çuxurlar və təpəciklər yaranıb. Bu da nəqliyyatın rahat hərəkət etməsi üçün problem yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR