Bank Of Baku

Azərbaycanda yenilənmiş «Renault Megane» xetçbekinin satışına başlanır

Azərbaycanda yenilənmiş «Renault Megane» xetçbekinin satışına başlanır
# 03 sentyabr 2012 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycana yenilənmiş «Renault Megane» xetçbeki gətirilib. Bu modelin satışına sentyabrın əvvəlində start veriləcək.

«Renault» avtomobillərinin Azərbaycanda rəsmi dileri olan «Nürgün Motors» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Megane» xetçbekinin ön hissəsi yenilənib. Belə ki, yeni işıq-diod fənərləri işıqlandırılmaya yeni yanaşmanı təcəssüm edərək, eyni zamanda «Megane» sıra xəttinə xas olan xüsusiyyətləri qoruyub saxlayıb. Yeni, xromlaşdırılmış (parlaq qara taxmalar ilə) bamper, həmçinin yeni havavericilər və radiator barmaqlıqları avtomobilin zərif, eyni zamanda, idman görkəmini qeyd edir. Avtomobilin xarici görünüşü dumana qarşı fənərlərin haşiyələnməsi, xromlaşdırılmış qapı qulpları və yeni yüngül xəlitəli disklər sayəsində daha parlaq və baxımlıdır.

Avtomobil müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə təchiz edilib - ABS/AFU (fövqəladə tormozlamada yardım), EBD (tormozlamanın elektron paylaşdırıcısı), altı təhlükəsizlik yastığı, tənzimləyici üçnöqtəli təhlükəsizlik kəmərləri, habelə, opsiyadan asılı olaraq ESP təhlükəsizlik paketi.

Avtomobil iki tip benzin mühərrikləri ilə təchiz olunub - 1,6 litr və 2,0 llitr, dördpilləli avtomatik ötürücü qutu və pilləsiz CVT transmissiya. Yenilənmiş «Megane»ın qiyməti 16 900 manatdan başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR