Bank Of Baku

Dünya aviaşirkətləri iyul ayında yeni təyyarə sifarişlərini kəskin artırıb

Dünya aviaşirkətləri iyul ayında yeni təyyarə sifarişlərini kəskin artırıb
# 03 sentyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyul ayı ərzində dünyanın aviasənaye şirkətləri yeni təyyarələrin alınmasına dair 389 sifariş qəbul edib ki, bu da ötən aya nisbətən 82% və ya 175 sifariş çoxdur.

«APA-Economics»in məlumatına görə, sifarişlərin bu cür artımının səbəbi iyulda «Franborough International 2012» beynəlxalq aviasərginin keçirilməsi olub ki, sərgi çərçivəsində ənənəvi olaraq bir sıra şirkətlər arasında müqavilələr imzalanıb.

«Boeing» şirkəti iyul ayında 260 təyyarənin istehsalına dair sifariş qəbul edib. Onlardan 150 kiçik füzelyajlı «Boeing» təyyarəsini «United Airlines» aviaşirkəti sifariş edib. Bu sifarişin ümumi dəyəri 14,7 mlrd. ABŞ dolları təşkil edir. Müqavilələrə əsasən, təyyarələr 2013-cü ildən 2022-ci ilədək sifarişçilərə veriləcək.

Bundan başqa, «Virgin Australia» aviaşirkəti korporasiyadan 23 ədəd «Boeing 737 MAX» avialayneri sifariş verib. Eyni zamanda «Air Lease Corporation» lizinq şirkəti «Boeing»dan ümumi dəyəri 7,2 mlrd. dollar olan 75 ədəd kiçik füzelyajlı təyyarənin alınmasına dair müqavilə imzalayıb.

Ötən ay «Boeing» adı çəkilməyən şirkətlərlə 7 ədəd avialaynerin alınmasına dair müqavilə bağlayıb. Bunların sırasında 3 ədəd «Boeing 737-800» və 4 ədəd «Boeing 777-300ER» təyyarələri mövcuddur. Bununla yanaşı, iyul ayında Afrikanın «Ethiopian Airlines» aviaşirkəti 1 ədəd «Boeing 777-200LR» təyyarəsinin alınmasına müqavilə imzalayıb ki, müqavilənin dəyəri 276 mln. dollar təşkil edir. Həmçinin «Korean Air» şirkəti korporasiyadan 2 ədəd «Boeing 777-300ER» təyyarəsi sifariş edib. Sifarişin ümumi dəyəri 596 mln. dollar təşkil edir. Bundan başqa, «El Al Israel Airlines» aviadaşıyıcısı şirkətdən 2 ədəd «Boeing 737-900ER» tipli avialayner sifariş edib.

Bununla yanaşı, «Boeing» korporasiyası bir sıra şirkətlərlə ilkin razılaşma sənədi imzalayıb ki, bu sənədə əsasən şirkətlər gələcəkdə korporasiyadan yeni təyyarələr sifariş edə bilər.

Almaniyanın «Airbus» şirkəti isə iyulda cəmi 48 təyyarənin istehsalına dair müqavilələr imzalayıb. Rusiyanın «UTair» aviaşirkəti «Airbus»dan 20 ədəd kiçik füzelyajlı «A320neo» təyyarəsini sifariş edib. Təyyarələr 2013-cü ildən etibarən «UTair»a təhvil veriləcək.

Bundan başqa, «Arkia Israel Airlines» aviaşirkəti «Airbus»a 4 ədəd «A321neo» təyyarəsini, Butanın «Druk Air» aviaşirkəti 1 ədəd «A319» təyyarəsini, CİT lizinq şirkəti 10 ədəd «A330» təyyarəsini sifariş edib.

İyul ayında «Synergy Aerospace» şirkətlər qrupu «Airbus»dan 9 ədəd «A330» təyyarəsi (3 yük və 6 sərnişin), Liviyanın «Afriqiyah Airways» aviaşirkəti 3 ədəd «A330-220» təyyarəsi və adı çəkilməyən şirkət 1 ədəd «A330-200» təyyarəsini sifariş edib.

Bununla yanaşı, «Airbus» bir sıra şirkətlərlə ilkin razılaşma sənədi imzalayıb ki, bu sənədə əsasən şirkətlər gələcəkdə «Airbus»dan yeni təyyarələr sifariş edə bilər.

Kanadanın təyyarə istehsalçısı olan «Bombardier» şirkəti də iyulda bir sıra müqavilələrə imza atıb ki, müqavilələrə əsasən, şirkət 31 ədəd təyyarəni sifarişçilərə çatdıracaq. «Bombardier» adı çəkilməyən şirkətlə ümumi dəyəri 1,02 mlrd. dollar təşkil edən 5 ədəd CS100 və 10 ədəd CS300 laynerlərin istehsalına dair müqavilə imzalayıb.

Fransanın ATR şirkəti də bir sıra təyyarənin hazırlanmasına dair sifariş əldə edib.

Ümumiyyətlə, iyulun 31-nə olan məlumata əsasən, təyyarə istehsalçılarının sifariş portfelləri 10 209 ədəd təyyarə təşkil edir. Bu da əvvəlki aya nisbətən 580 ədəd təyyarə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR