Bank Of Baku

«Azərsu» Bakının Neftçilər prospektində kanalizasiya quyularının yuyulmasını başa çatdırıb - FOTO

«Azərsu» Bakının Neftçilər prospektində kanalizasiya quyularının yuyulmasını başa çatdırıb - <font color=red>FOTO</font>
# 03 sentyabr 2012 15:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərsu» ASC tərəfindən Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar burada olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, görülən işlər çərçivəsində kanalizasiya kollektorlarının, yağış sularının axıdılması xətlərin və yağış barmaqlıqlarının tikilməsi ilə yanaşı, onların mütəmadi yuyulması işləri də həyata keçirilib.

Artıq Neftçilər prospektindən başqa, paytaxtın digər küçə və prospektlərində də payız-qış mövsümünə hazırlıqla əlaqədar analoji işlər həyata keçirilir. Təkcə avqust ayı ərzində yağış sularının axıdılması üçün 17 km uzunluğunda kollektor, 980 ədəd yağış barmaqlığı və 415 ədəd baxıcı quyu yuyulub təmizlənib.

Cəmiyyətdən bildirilib ki, bu işlər intensiv yağıntılar zamanı yaranan suların normalar çərçivəsində axıdılmasına imkan verəcək və küçələrdə yağış sularının toplanmasının qarşısını alacaq.

Qeyd edək ki, son 6 ay ərzində Bakı şəhərində 204 km uzunluğunda kanalizasiya xətti, 58 km uzunluğunda yağış kollektoru, 11 min baxıcı quyu və 7 min yağış barmaqlığı yuyulub.

Proqrama əsasən mövsümün sonuna kimi yuyulmağa ehtiyacı olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların təmizlənib başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR