Bank Of Baku

«Lufthansa»nın təyyarə bələdçilərinin tətil etməsi Frankfurt-Bakı aviareysini ləngidib

«Lufthansa»nın təyyarə bələdçilərinin tətil etməsi Frankfurt-Bakı aviareysini ləngidib
# 05 sentyabr 2012 07:38 (UTC +04:00)
Aviaşirkətin Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 4-də Frankfurtdan havaya qalxmalı və saat 21:00-da Bakıda enməli təyyarənin uçuşunda ləngimə qeydə alınıb: «Ləngimə «Lufthansa» aviaşirkətinin təyyarə bələdçilərinin tətil keçirməsi ilə əlaqədar olub. Buna baxmayaraq, Frankfurt-Bakı aviareysi təxirə salınmayıb və sözügedən 612 saylı reys üzrə uçan təyyarə Bakıda sentyabrın 5-də saat 03:40-da hava limanına enib. Bugünkü 613 saylı aviareys üzrə uçuş cədvələ uyğun olaraq saat 04:50-də yerinə yetirilib və artıq təyyarə 1 saat öncə Frankfurt aeroportunda enib».

Qeyd edək ki, ötən gün «Lufthansa» aviaşirkəti təyyarə bələdçilərinin tətil keçirməsi ilə əlaqədar 400-ə yaxın aviareysi təxirə salıb. «Lufthansa»nın təyyarə bələdçiləri aylıq əmək haqlarının 5% artırılmasını tələb edir. Bu tələb şirkətin 19 min əməkdaşını əhatə edir. Lakin hələlik həmkarlar ittifaqı ilə aviaşirkət rəsmiləri arasında aparılan danışıqlar heç bir nəticə verməyib.

Xatırladaq ki, dünya maliyyə böhranı fonunda «Lufthansa» investisiyalarını azaltmaq və 3,5 min əməkdaşını ixtisar etməklə növbəti 3 il ərzində 1,5 mlrd. avroya qənaət etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR