Bu ilin 8 ayında «Azərsu»ya sudan və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə 1 mln. manata yaxın ziyan dəyib - FOTO
«APA-Economics»ə verilən məlumata görə, «Azərsu» ASC-nin kommersiya departamentinin direktoru Saday Alıyev bildirib ki, yeni təlimat sudan səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə edən istehlakçıların aşkarlanması, «Azərsu»ya dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını tənzimləyir.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesablanmasına dair təlimat «Su təchizatı və tullantı suları haqqında» qanuna, qüvvədə olan digər qanunvericilik aktları və «Azərsu»nun daxili normativ sənədlərinə əsasən hazırlanıb. S.Alıyev qeyd edib ki, içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları dedikdə, «Su təchizatı və tullantı sularının axıdılması üzrə» müqavilə olmadan bu xidmətlərdən istifadə etmə, sayğacdan kənar əlavə su xəttinin çəkilməsi, əhali qrupuna aid istehlakçılara verilən suyun kommersiya obyektlərində istifadəsi, sayğaca, həmçinin sayğacın plombuna müdaxiləsi nəzərdə tutulur: «Yeni təlimata əsasən xidmətlərdən qanunsuz istifadə aşkar edildikdə, «Azərsu»nun əməkdaşları tərəfindən qanunsuz istifadəçinin nümayəndələrinin iştirakı ilə akt tərtib edilir və dərhal onun su təchizatı dayandırılır. Yazılmış akta uyğun olaraq istehlakçının fəaliyyət növünün hansı iş rejiminə uyğun olması, ona göstərilən xidmət növü nəzərə alınmaqla Cəmiyyətə dəymiş ziyan hesablanır, müvafiq ödəniş sənədi və müqavilə qanunsuz istehlakçıya təqdim edilir. Bildirişdə 5 iş günü müddətində dəymiş ziyanın ödənilməsi tələb edilir. Dəymiş ziyanı tam ödəməyənə qədər qanunsuz istifadəçinin su təchizatı bərpa olunmayacaq».
S.Alıyev bildirib ki, bu ilin yanvar-avqust aylarında içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə 1500-dən çox fakt aşkarlanıb: «Bu faktlara əsasən «Azərsu»ya 1 mln. manata yaxın ziyan dəyib. Dəymiş ziyanın təxminən 30-40% ödənilməsi təmin olunub».
Qeyd edək ki, qeyri-əhali qrupuna aid istehlakçıların xidmətlərdən qanunsuz istifadəsi nəticəsində «Azərsu»ya dəymiş ziyanın məbləği təlimata əlavə olunmuş cədvəl əsasında hesablanır (cədvəl əlavə olunur). Məsələn, büdcə və büdcəyə bərabər müəssisələrin su xəttinin diametri 20 mm olarsa, dəymiş ziyanın hesablanması zamanı saatlıq su sərfi 1.14 kubmetr götürülür. Aylıq dəymiş ziyan gündəlik 8 saat olmaqla 22 gün üçün hesablanır. Kommersiya obyektləri üçün isə eyni qayda qalmaqla ayın 30 günü nəzərə alınmaqla hesablanır. Bunları nəzərə alsaq, büdcə və büdcəyə bərabər müəssisələrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə etdiyinə görə ay ərzində 200 kubmetr, kommersiya obyektlərinə isə ay ərzində 273 kubmetr sərfiyyat götürülməklə onun dəyəri qədər dəymiş ziyan hesablanacaq. Başqa sözlə, əgər hər hansı bir kommersiya obyekti 20 mm diametrli xətlə içməli su, eləsə də kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə, onun sahibi 1 il üçün 3124 (üç min yüz iyirmi dörd) manat dəymiş ziyanı ödəməli olacaq. Yeri gəlmişkən, qeyri-əhali qrupu üçün dəymiş ziyan maksimum 3 illik hesablana bilər.
Sayğaca və yaxud sayğacın plombuna müdaxilə aşkar edilərsə, o zaman sayğaca sonuncu baxışdan sonra ötən müddət üçün dəymiş ziyan hesablanır. Əhali qrupuna aid istehlakçının xidmətlərdən qanunsuz istifadəsi aşkar edildikdə, ilk növbədə həmin mənzildə yaşayanların sayı və qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğu aydınlaşdırlır.
Əgər həmin mənzildə yaşayanların dəqiq sayını aydınlaşdırmaq mümkün olmazsa, evdə qeydiyyatda olanların sayı ölkə üzrə orta statistik ev təsərrüfatı üzvlərinin sayına uyğun olaraq 4 nəfər götürülür və 1 nəfər üçün normaya uyğun olaraq aylıq sərfiyyat 5 kubmetr hesablanır. Əgər qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğunu dəqiqləşdirmək mümkün olmazsa və yaxud həmin müddət 2011-ci ilin fevral ayının 1-dən əvvələ aid olarsa, qanunsuz istifadə elə həmin tarixdən ötən müddət üçün sənədləşdiriləcək.
İnfrastruktur
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib
Azərbaycan ilə Türkmənistan arasında ilk elektron TIR pilot daşınması keçirilib
Baş katib: Zəngəzur dəhlizi Avropaya yük daşımalarında məsafə və xərcləri azaldacaq
Xəbər Lenti
ABŞ İrana qarşı yeni zərbələr dalğasının başladığını elan edib
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır
Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
Merts: Azərbaycanın investisiya proqramı Almaniya şirkətləri üçün yeni imkanlar yarada bilər
Almaniya Kansleri: Enerji təchizatımızı Azərbaycan vasitəsilə daha da şaxələndirmək istəyirik
Prezident: Almaniya şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün təkliflər irəli sürülüb
Almaniya–Azərbaycan İqtisadi Şurasının yaradılması barədə razılıq əldə olunub
Prezident İlham Əliyev: Bu ildən Almaniyaya qaz tədarük etməyə başlamışıq
Kansler: Birgə bəyannamə ilə münasibətlərin daha da inkişafı üçün mühüm təməl qoyuruq