Bank Of Baku

Tehran-Ankara dəmir yolu reysi təxirə salınıb

Tehran-Ankara dəmir yolu reysi təxirə salınıb
# 15 oktyabr 2012 06:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Tehran-Ankara dəmir yolu reysi noyabrın 9-dək müvəqqəti təxirə salınıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İranın “Rəca” dəmiryolu şirkəti buna səbəb kimi Malatya-Çetinkaya stansiyası arasındakı dəmir yolu xəttində təmir işlərinin aparılmasını göstərib.

Şirkətdən bildirilib ki, sərnişin və yük qatarlarının təhlükəsizliyini təmin etmək məqsədilə Malatya-Çetinkaya stansiyası arasındakı dəmir yolu xəttində aparılan işlər tamamlananadək Tehrandan Ankaraya heç bir səfər həyata keçirilməyəcək. Şirkətdən həmçinin Tehrandan Ankaraya dəmir yolu reysinin noyabrın 9-dan sonra yenidən başlayacağı, ancaq Təbriz-Van dəmir yolu reysinin əvvəlki qaydada və heç bir dəyişiklik edilmədən davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, Tehran-İstanbul reysi Ankara və İstanbul arasında sürət qatarının istifadəyə verilməsi üçün işlər aparılması səbəbindən Ankarayadək həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR