Bank Of Baku

AZAL Bakı-London-Bakı aviamarşrutu üzrə gündəlik uçuşlara başlayır

AZAL Bakı-London-Bakı aviamarşrutu üzrə gündəlik uçuşlara başlayır
# 15 oktyabr 2012 10:05 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti oktyabrın 28-dən etibarən Bakı-London-Bakı istiqamətindəki uçuşlarını gündəlik qrafikə keçirir.

“SW Travel” şirkətindən “APA-Economiscs”ə verilən məlumata görə, aviaşirkət bu uçuşlar üçün 20 biznes sinif və 126 ekonom sinif konfiqurasiyalı, komfortlu “Aerobus 320” hava gəmilərindən istifadə edəcək.

Biznes sinif sərnişinlərinə, aviaşirkətin digər reyslərindəki kimi, fərdi qaydada “Fast Track-Sürətli keçid” və “Business Lounge” servisləri vasitəsi ilə xidmət göstərilir. Gediş-dönüş aviabiletlərinin qiyməti 545 AZN-dən başlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR