Bank Of Baku

Azərbaycanın dəmir yolu nəqliyyatında vaqonun sərnişin sıxlığı 10% azalıb

Azərbaycanın dəmir yolu nəqliyyatında vaqonun sərnişin sıxlığı 10% azalıb
# 15 oktyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Car ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2,020 mln. nəfərdən çox sərnişin göndərilib. «APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov bildirib.

A.Əsgərovun sözlərinə görə, yol üzrə sərnişin daşımaları 2,079 mlrd. nəfər, o cümlədən, birbaşa əlaqə 225,7 min nəfər, yerli əlaqə 999,5 min nəfər təşkil edib. Ümumi sərnişin dövriyyəsi 449,7 mln. sərnişin/km, vaqonun sərnişin sıxlığı isə 10,1% azalaraq 18,6 nəfər olub.

A.Əsgərov bildilib ki, hesabat dövründə yük vaqonunun dövriyyəsi 4,8 gün (ötən ilin müvafiq dövründə bu rəqəm 4,3 gün olub) təşkil edib: «Yük qatarının sahə sürəti 25,3 km/saat (ötən ilin müvafiq dövründə bu rəqəm 26,9 km/saat olub), yük vaqonunun məhsuldarlığı 4 376 ton km/netto, lokomotivin məhsuldarlığı isə 622,3 min ton km/brutto olub».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR