Bank Of Baku

Azərbaycanda elektron ticarətin həcmi 1 mlrd. manatı ötüb

Azərbaycanda elektron ticarətin həcmi 1 mlrd. manatı ötüb
# 16 oktyabr 2012 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən ilin doqquz ayına nisbətən 9% artaraq 12,4 mlrd. manata, pullu xidmətlərin həcmi isə 7,7% çoxalaraq 4 mldr. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, realizə olunmuş əmtəələrin 56%-ni ərzaq məhsulları, 44%-ni isə qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 1,5% və 20,6% artıb. Hesabat dövründə elektron ticarət vasitəsilə alıcılara 971,9 min manatlıq qeyri-ərzaq malları və 58,7 min manatlıq ərzaq məhsulları satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR