Bank Of Baku

Asiya İnkişaf Bankının Göyçayda su təchizatı və kanalizasiya sisteminin inkişafı ilə bağlı layihəsi üzrə işlər 18 aya başa çatacaq

Asiya İnkişaf Bankının Göyçayda su təchizatı və kanalizasiya sisteminin inkişafı ilə bağlı layihəsi üzrə işlər 18 aya başa çatacaq
# 16 oktyabr 2012 11:57 (UTC +04:00)
Göyçay. Nicat Mustafayev - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda həyata keçirdiyi «Su təchizatı və kanalizasiya sistemi üçün İnvestisiya Proqramı» çərçivəsində Göyçay rayonunda həyata keçirilən işlər 18 aya başa çatacaq. «APA-Economics»in məlumatına görə, bunu layihə üzrə həyata keçirilən işlərlə tanış olmaq məqsədilə Azərbaycana səfərə gələn AİB-in su üzrə baş mütəxəssisi Vicay Padmanabhan bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin yanvar ayında başlayan layihə 18 aydan sona başa çatacaq və artıq 18 aydan sonra Göyçayda hər ailə həftənin 7 günü və günün 24 saatı ərzində içməli su ilə təchiz olunacaq: «Eyni zamanda biz «Azərsu» ASC ilə birgə Göyçayda kanalizasiya sistemi də qururuq və rayonda yaşayan hər bir ailənin evi bu kanalizasiya sisteminə qoşulacaq».

Qeyd edək ki, proqram çərçivəsində Ağdaş, Göyçay, Naxçıvanda, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya-sanitariya xidmətlərinin keyfiyyət və etibarlılığı təmin olunacaq. Proqram çərçivəsində Azərbaycan hökumətinə 600 mln. dollar həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bundan 375 mln. dolların ayrılması artıq təsdiqlənib. İlk tranş 75 mln. (Naxçıvan, Göyçay, Ağdaş), ikinci tranş 300 mln. dollar təşkil edir. Bunun 130 mln-u Naxçıvan, 170 mln-u isə Göyçay, Ağdaş və Beyləqan rayonları üçün nəzərdə tutulub.

Bununla yanaşı bildirilib ki, bu həftə ərzində Ağdaş və Beyləqan rayonlarında layihə çərçivəsində təməlqoyma mərasimləri keçiriləcək. Layihələr isə öz növbəsində üç əsas komponentdən ibarətdir. Bura, su təchizatı sisteminin inkişaf etdirilməsi, su cəmiyyətlərinin imkanlarının genişləndirilməsi və layihənin idarə edilməsi sisteminin inkişafı ilə bağlı aspektlər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR